Yaponiyanın şimal-şərq sahillərində 5,6 bal gücündə zəlzələ olub

Tokio, 4 avqust , /AJMEDIA/

Avqustun 4-də yerli vaxtla səhər saat 9:48 dəqiqədə Yaponiyanın şimal-şərq sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Yeraltı təkanların Fukuşima prefekturasının şimal-şərq sahillərində, ocağının 60 kilometr dərinlikdə yerləşdiyi qeyd edilir.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib. Həmçinin qəzalı vəziyyətdə olan “Fukusima-1” AES-də ştatdankənar vəziyyətin qeydə alınmadığı bildirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts