Yaponiyada 55 yaşlı futbolçu vurduğu qolla futbol liqasının rekorduna imza atıb

Tokio, 31 oktyabr , /AJMEDIA/

Yaponiya həvəskar futbol liqasında qol vuran Miura Kazuyoşi ən yaşlı futbolçu rekordunu yeniləyib.
AJMEDIA xəbər verir ki, əvvəllər ölkənin J1 liqasında oynayan 55 yaşlı futbolçu hazırda JFK liqasında çıxış edən “Suzuka Point Getters” klubunun üzvüdür. Oktyabrın 30-da Osaka prefekturasında “Tiamo Nirakata” futbol klubu ilə qarşılaşan M.Kazuyoşinin komandası oyunu qələbə ilə başa vurub.
M.Kazuyoşi oyunun 74-cü dəqiqəsində, onun təmsil etdiyi komanda 2:0 hesabı ilə irəlidə olarkən meydançaya çıxıb.
Bundan bir qədər sonra onun komanda yoldaşının künc zərbəsindən qapıya yönəltdiyi top rəqib komandanın oyunçusunun əlinə dəyib. M.Kazuyaşinin penaltidən vurduğu qol hesab arasındakı fərqi 3 topa çatdırıb.
Yoldaşları tərəfindən əhatəyə alınan idmançı bu qolunu məşhur “Kazu rəqsi” ilə qeyd edib.
Qeyd edək ki, buna qədər həmin rekord JFL liqasında çıxış edən “Ryukü” komandasını üzvü Naqayo Hidekiye məxsus idi. N.Hideki 2013-cü ildə 42 yaşında olarkən qola imza atmışdı. M.Kazuyoşinin yeni rekordu müəyyən edərkən 55 yaş 246 gün yaşında olduğu qeyd edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts