Vyana şəhərinin Beynəlxalq Vaksin İnstitutunun mənzil-qərargahı üçün namizədliyi irəli sürülüb

Tokio, 4 Noyabr, /AJMEDIA/

Vyana şəhərinin beynəlxalq peyvənd tədqiqatları üzrə BMT institutunun Avropa mənzil-qərargahı üçün namizədliyi irəli sürülüb.

AJMEDIA xəbər verir ki, Beynəlxalq Vaksin İnstitutu peyvənd maddələrinin tədqiqatı ilə yanaşı onların əsasən dünyanın inkişaf etmiş ölkələrində paylanmasını təmin edir. İnstitutun Avropa üzrə mənzil-qərargahı ilə bağlı qərar bu ilin sonunadək qəbul edilməlidir. 1997-ci ildə BMT-nin İnkişaf Proqramı çərçivəsində yaradılan institutun mənzil-qərargahı hazırda Cənubi Koreyanın paytaxtı Seul şəhərində yerləşir. Avropadakı mənzil-qərargah avropalı tədqiqatçılarla sıx əməkdaşlığın qurulmasına töhfə verməlidir.

Avstriya hökumətinin açıqlamasında beynəlxalq institutun Vyanada fəaliyyət göstərəcəyi halda elmi-tədqiqat institutları, qeyri-hökumət təşkilatları, biotexnika və əczaçılıq şirkətləri arasında əməkdaşlığın inkişafına təkan veriləcəyinə və qlobal səhiyyə məsələlərinin həllinin sürətlənəcəyinə inam ifadə olunub.

Avstriya ilə yanaşı Almaniya, İsveç və Fransa da Beynəlxalq Vaksin İnstitutuna ev sahibliyi etmək üçün namizədliklərini irəli sürüblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts