Cənubi Koreya və ABŞ ilin ən böyük hərbi hava təliminə başlayıb

Tokio, 12 aprel , /AJMEDIA/

Cənubi Koreya və ABŞ hərbçiləri ilin ən böyük hava təlimlərindən biri olan “Koreya uçuş hazırlığı”na başlayıb.

AJMEDIA Cənubi Koreya mediasına istinadla xəbər verir ki, iki həftə davam edəcək birgə təlimə təxminən 100 döyüş təyyarəsi, o cümlədən F-35 təyyarələri cəlb olunub. ABŞ ordusunun və dəniz qüvvələri hərbçilərinin də iştirak etdikləri təlimlərdə əsas diqqət reaktiv qırıcıların qabaqcıl əməliyyatlarının inteqrasiyasına, yüksək dəqiqlikli zərbələr endirmə imkanlarının artırılmasına, hərbi qulluqçulara axtarış və xilasetmə döyüş ssenarilərinin öyrədilməsinə, paraşütlə tullanma qabiliyyətinin təkmilləşdirilmsinə yönəlib.

Məqsəd Şimali Koreyanın hərbi təhdidlərinə qarşı hazırlıq səviyyəsini yüksək tutmaqdır.

Qeyd edək ki, adətən ilin birinci yarısında təşkil olunan “Koreya uçuş hazırlığı” Cənubi Koreya və ABŞ-ın il ərzində keçirdiyi iki böyük birgə hava təlimindən biridir. “Ayıq müdafiə” təlimi isə ilin ikinci yarısında təşkil olunur. Birgə təlimlər Şimali Koreyanın artan hərbi fəallığı fonunda baş tutur. Belə ki, KXDR ilin əvvəlindən bəri bir neçə raket, o cümlədən ortamənzilli hipersəs ballistik raket sınağını həyata keçirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts