Volodimir Zelenski: Ukrayna milyon ton kənd təsərrüfatı məhsulları ixrac edib

Tokio, 27 avqust , /AJMEDIA/

Ukrayna “taxıl dəhlizi” vasitəsilə indiyədək bir milyon ton kənd təsərrüfatı məhsulları ixrac edib.
AJMEDIA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Taxıl ixracı təşəbbüsü bir aya yaxındır işləyir, bu müddət ərzində bizim Çornomorsk, Odessa və Yujnı limanlarından fevralın 24-dən bəri ilk dəfə olaraq milyon ton kənd təsərrüfatı məhsulları ixrac olunub”, – Zelenski özünün Teleqram-kanalında belə yazıb. O, həmçinin qeyd edib ki, ixrac Ukrayna vətəndaşları üçün yüz minlərlə iş yeri deməkdir.
Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 26-da Ukrayna limanlarından taxıl yüklənmiş dörd gəmi, bu gün isə daha üç gəmi yola salınıb. Bununla da İstanbul sazişi çərçivəsində ixrac prosesini həyata keçirən gəmilərin sayı ümumilikdə 46-ya çatıb.
Xatırladaq ki, Ukraynadan ərzaq məhsullarının dünya bazarlarına ixracı probleminin həlli üçün iyulun 22-də İstanbulda sənədlər paketi imzalanıb və “taxıl dəhlizi” yaradılıb. Bu dəhlizin təhlükəsizliyinə Birgə Koordinasiya Mərkəzi nəzarət edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts