Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək

Tokio, 16 fevral , /AJMEDIA/

Kişilər arasında voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların keçiriləcəyi vaxt məlum olub.
AJMEDIA xəbər verir ki, Azərbaycan Yüksək Liqasında VIII turun qarşılaşmaları fevralın 17-də təşkil ediləcək.
Həmin gün meydana əvvəlcə “Neftçi” və “Xarı bülbül” klubları çıxacaqlar. Bu oyuna saat 16:00-da start veriləcək.
Günün ikinci matçı MOİK və “Murov” kollektivləri arasında olacaq. Bu görüş saat 18:00-da başlanacaq.
Qeyd edək ki, hər iki qarşılaşma Azərbaycan Voleybol Mərkəzində keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts