Vətən müharibəsində şəhid olmuş həkimlərimizin məzarları ziyarət olunub

Tokio, 7 noyabr , /AJMEDIA/

Noyabrın 8-də xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən Zəfər Günü qeyd olunur. Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Xalqımız və rəşadətli Ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya verilən xəbərə görə, Böyük Qələbə Gününün ikinci ildönümü ərəfəsində səhiyyə naziri Teymur Musayev və nazirliyin kollegiya üzvləri İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş həkim və tibb işçilərinin əziz xatirəsi anılaraq, məzarları üzərinə tər güllər düzülüb və ruhlarına dualar oxunub.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 44 tibb işçisi – 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı qəhrəmancasına şəhid olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts