Ukraynada genişmiqyaslı hava siqnalı verilib, Kiyevdə partlayış səsləri eşidilib

Tokio, 25 dekabr , /AJMEDIA/

Ukraynada dekabrın 25-də genişmiqyaslı hava xəbərdarlığı elan olunub.
AJMEDIA xəbər verir ki, vətəndaşlara raket zərbələri təhlükəsi barədə xəbərdarlıq edilir. Hazırda Ukraynanın əksər bölgələrində həyəcan siqnalı çalınır.
Artıq paytaxt Kiyevin sol sahilində partlayış səsləri eşidilib. Hələ ki bununla bağlı rəsmi məlumat yoxdur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts