Ukrayna və ABŞ prezidentləri nələri müzakirə ediblər?

Tokio, 12 dekabr , /AJMEDIA/

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub. Liderlər gələcək silah tədarükü və enerji yardımını müzakirə ediblər.
AJMEDIA xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin teleqram səhifəsi məlumat yayıb.
Zelenski ABŞ-ın Ukraynaya göstərdiyi misilsiz müdafiə və maliyyə yardımına görə təşəkkürünü ifadə edib.
“Biz ABŞ-ın Ukraynanın enerji sisteminin bərpası üçün göstərdiyi yardımı da yüksək qiymətləndiririk. Bu sahədə əməkdaşlığın daha da dərinləşəcəyinə ümid edirəm. Mən Ukrayna üçün effektiv hava hücumundan müdafiə sisteminin formalaşdırılmasının vacibliyini qeyd etdim”, – deyə Zelenski bildirib.
O vurğulayıb ki, Ukraynanın mülki əhalisini və mühüm infrastrukturunu qorumaq üçün mümkün olan hər şeyi etmək lazımdır.
“Ukraynanı lazım olduğu qədər dəstəkləməyə hazır olduğunuzu təsdiq etdiyinizə, eləcə də Birləşmiş Ştatların aydın və ardıcıl öhdəliyinə görə təşəkkür edirəm”, – deyə Zelenski əlavə edib.
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak isə tviter səhifəsində yazıb ki, Volodimir Zelenski Co Baydenlə söhbəti zamanı qlobal sülh sammitinin təşkilinin lehinə danışıb.
Zelenski Ukraynanın sülhə nail olmağa çalışdığını və bu məqsədə çatmaq üçün beynəlxalq səylərin birləşdirilməsinin vacibliyini qeyd edib.
Məhz buna görədir ki, G20 sammiti zamanı Ukrayna Prezidenti müharibəni dayandırmaq üçün 10 kritik addımı nəzərdə tutan sülh formulunu təqdim edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts