UEFA Çempionlar Liqası: Altı oyun ilə birinci təsnifat mərhələsinə yekun vurulacaq

Tokio, 13 iyul , /AJMEDIA/

Bu gün UEFA Çempionlar Liqasında birinci təsnifat mərhələsinə yekun vurulacaq.
AJMEDIA xəbər verir ki, ikinci oyun günündə 6 qarşılaşma keçiriləcək.
Günün oyunları aşağıdakı kimidir:
21:00 – “Dinamo” (Batumi, Gürcüstan) – “Slovan” (Bratislava, Slovakiya)
İlk oyun – 0:0

21:00 – “Klasksvik” (Farer adaları) – “Budye Qlimt” (Norveç)
İlk oyun – 0:3

21:00 – “Şaxtyor” (Soliqorsk, Belarus) – “Maribor” (Sloveniya)
İlk oyun – 0:0

22:00 – “Ferentsvaroş” (Macarıstan) – “Tobol” (Qazaxıstan)
İlk oyun – 0:0

22:30 – ÇFR (Rumıniya) – “Pünik” (Ermənistan)
İlk oyun – 0:0

22:45 – “Linfild” (Şimali İrlandiya) – TNS (Uels)
İlk oyun – 0:1
Qeyd edək ki, ötən gün Ağdamın “Qarabağ” klubu Bakıda Polşanın “Lex” komandasını 5:1 hesabı ilə məğlub edib. Polşada təşkil olunan ilk oyunda Ağdam təmsilçisi rəqibinə 0:1 hesabı ilə məğlub olmuşdu. İki oyunun nəticəsinə görə, “Qarabağ” turnirin ikinci təsnifat mərhələsinə yüksəlib. Ağdam klubunun növbəti rəqibi İsveçrənin “Sürix” komandası olacaq. Ağdam klubu ilk oyunu iyulun 19-da evdə, cavab matçını isə 1 həftə sonra səfərdə keçirəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts