Türkiyədə zəlzələdə ölənlərin sayı 47 min 975-ə çatıb

Tokio, 11 mart , /AJMEDIA/

Türkiyədə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 47 min 975-ə yüksəlib.
AJMEDIA xəbər verir ki, bunu Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer deyib.
O qeyd edib ki, 935 min 722 vətəndaş isə zəlzələ bölgəsindən təxliyə edilib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts