Türkiyədə zəlzələdə ölənlərin sayı 44 min 374-ə çatıb

Tokio, 26 fevral , /AJMEDIA/

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 44 min 374-ə yüksəlib.
AJMEDIA xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts