Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 31 min 974 nəfərə çatıb

Tokio, 14 fevral , /AJMEDIA/

Türkiyədə əsrin fəlakəti adlandırılan zəlzələ nəticəsində həlak olanların sayı 31 min 974 nəfərə çatıb.
AJMEDIA xəbər verir ki, Türkiyə vaxtı ilə bu gün saat 13:30-a olan məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən açıqlanıb.
AFAD-ın məlumatına görə, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən sonra 3 min 170 afterşok qeydə alınıb. Hazırda zəlzələ bölgəsində 35 min 249 xilasedici olmaqla, 249 mindən çox personal fəaliyyət göstərir. Təbii fəlakətdən zərər çəkən 195 min 962 nəfər digər vilayətlərə təxliyə olunub.
Axtarış-xilasetmə əməliyyatları zəlzələnin 9-cu günündə də davam edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts