Türkiyədə törədilən partlayışda doqquz nəfər yaralanıb

Tokio, 16 dekabr , /AJMEDIA/

Türkiyənin Diyarbəkir bölgəsində güclü partlayış törədilib.
AJMEDIA xəbər verir ki, Ankara vaxtı ilə saat 05:10-da Mardin yolunda xüsusi təyinatlı polisləri daşıyan avtomobilin keçdiyi yerdə bomba partladılıb. Parlayış yol kənarında dayanan avtomobildə olub.
Yaralanmış 8 polis məmuru və bir mülki şəxs xəstəxanalara aparılıb. Onlar üçün həyati təhlükə yoxdur.
Partlayışa görə iki nəfər şübhəli qismində saxlanılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts