Türkiyə və ABŞ prezidentləri G20-nin Zirvə toplantısında ikitərəfli görüş keçirəcəklər

Tokio, 29 Sentyabr, /AJMEDIA/

Oktyabrın 30-31-də İtaliyanın paytaxtı Romada keçiriləcək G20 ölkələrinin dövlət və hökumət rəhbərlərinin Zirvə toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Co Bayden arasında ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulur.

AJMEDIA xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, Suriya və Əfqanıstandakı son vəziyyət, eləcə də digər məsələlərin müzakirə olunacağı gözlənilir.

Xatırladaq ki, Türkiyə və ABŞ liderlərinin ilk görüşü bu il iyunun 14-də Belçikada keçirilən NATO Liderlər Sammitində baş tutub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts