“Turkish Airlines” Ukrayna və Belarusa uçuşları mayın 15-dək dayandırır

Tokio, 8 aprel , /AJMEDIA/

“Turkish Airlines” aviakompaniyası Ukrayna və Belarusa, həmçinin Rusiyanın Rostov şəhərinə uçuşların ləğvini mayın 15-nə qədər uzadıb.

AJMEDIA xəbər verir ki, bu barədə müvafiq məlumat aviakompaniyanın tviter hesabında yerləşdirilib.

“Mayın 15-i də daxil olmaqla, Ukrayna, Belarus və Rostov-Dona, aprelin 18-dək isə Soçi şəhərinə uçuşlarımız ləğv edilir”, – deyə kompaniyanın bəyanatında bildirilir.

Bir müddət öncə “Turkish Airlines” yuxarıda qeyd olunan reyslər üzrə uçuşlara Ukraynadakı vəziyyətlə bağlı məhdudiyyətlər tətbiq etmişdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts