Texasda atışma nəticəsində 4 nəfər ölüb

Tokio, 19 fevral , /AJMEDIA/

ABŞ-ın Texas ştatının Qalena parkında baş verən atışmada azı 4 nəfər həlak olub.
AJMEDIA xəbər verir ki, bu barədə yerli polis qurumunun məmuru Ed Qonzales twitter səhifəsində məlumat verib.
Hadisə yerinə polislər cəlb olunub, araşdırma aparılır.
Qeyd edək ki, Prezident Co Bayden ABŞ-da tez-tez baş verən silahlı zorakılıq və hücumları “epidemiya” adlandırıb. O, Konqresi bu kimi hallara qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə çağırıb. Bayden qeyd edib ki, 2023-cü ilin əvvəlindən bəri Birləşmiş Ştatlarda azı 73 kütləvi silahlı atışma hadisəsi baş verib. “Düşüncələr və dualar kifayət deyil. Silah zorakılığı “epidemiya”dır və Konqres hərəkətə keçməlidir”, – deyə o vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts