Tatarıstanda qəzaya uğramış təyyarədə xilasetmə işləri başa çatıb

Tokio, 10 Oktyabr, /AJMEDIA/

Rusiyanın Tatarıstan Respublikasında yüngül motorlu “L-410” təyyarəsinin qəzaya uğraması nəticəsində 16 nəfər həlak olub, 6 nəfər xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti ağırdır.

AJMEDIA xəbər verir ki, hadisə yerində xilasetmə işləri başa çatdırılıb.

Qəza oktyabrın 10-da səhər saatlarında Menzalinsk şəhəri yaxınlığında baş verib. Aerokluba məxsus təyyarədə 23 nəfər, o cümlədən 20 paraşütçü olub. İlkin fərziyyə görə, qəza təyyarənin yükünün artıq olması, təyyarənin nasazlığı, yaxud uçuş heyətinin səhvi üzündən baş verib.

Tatarıstan Prezidenti Rustam Minnixanov hadisə yerinə gedib.

Çexiya istehsalı olan “L-410” təyyarəsi 1987-ci ildən istismarda olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts