Tacikistanın təhlükəsizlik qüvvələri ölkənin şərqində antiterror əməliyyatı keçirir

Tokio, 18 may , /AJMEDIA/

Tacikistanın güc strukturları ölkənin şərqində yerləşən Dağlıq-Bədəxşan Muxtar Vilayətində antiterror əməliyyatına başlayıb.
AJMEDIA Tacikistan mediasına istinadla xəbər verir ki, bu barədə məlumat Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi tərəfindən yayılıb.
“İctimai-siyasi sabitliyi pozmaq istəyən mütəşəkkil cinayətkar dəstənin üzvləri Düşənbə-Kulma beynəlxalq avtomobil yolunun Dağlıq Bədəxşan Muxtar Vilayətinin Ruşan rayonu ərazisindən keçən hissəsini qanunsuz olaraq bağlayıblar. Bununla əlaqədar respublikanın hüquq-mühafizə orqanları Düşənbə-Kulma beynəlxalq avtomobil yolunda vətəndaşların təhlükəsizliyini və ictimai asayişi bərpa etmək, həmçinin avtomobillərin maneəsiz hərəkətini təmin etmək məqsədilə antiterror əməliyyatına başlayıb”, – deyə məlumatda qeyd olunur.
Mətbuat mərkəzindən bildirilib ki, beynəlxalq terror təşkilatlarının dəstəyi ilə ölkə hüdudlarından kənarda silah-sursat əldə edən cinayətkarlar təhlükəsizlik qüvvələrinin təslim olmaq barədə tələbinə məhəl qoymayaraq silahlı müqavimət göstərirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts