Şuşa şəhərinin 270 illiyinə həsr edilən beynəlxalq konfransa məqalə qəbulu davam edir

Tokio, 5 mart , /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutu mayın 8-də Şuşa şəhərinin 270 illiyinə həsr olunan “Azərbaycanın elm və mədəniyyət mərkəzi – Şuşa” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək. Beynəlxalq konfrans Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil ediləcək.

İnstitutdan AJMEDIA-ya bildirilib ki, beynəlxalq elmi konfransa alimlər, elmi işçilər, doktorant və magistrlər məruzə və məqalələr təqdim edə bilərlər. Məqalələr Azərbaycan, türk, ingilis və ya rus dillərində aprelin 1-dək [email protected] ünvanına göndərilməlidir. Konfrans Azərbaycanın mədəniyyət paytaxtı olaraq Şuşa və onun tarixi, Azərbaycan ədəbi irsində yeri, Şuşada incəsənət və memarlıq nümunələri, dini-mədəni abidələr, Şuşanın geosiyasi əhəmiyyəti və 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər və digər mövzuları əhatə edəcək.

Qeyd edək ki, konfransın keçirilməsində məqsəd şəhərin tarixinin, görkəmli şəxsiyyətlərinin, milli-mənəvi və sosial-mədəni irsinin ədəbiyyat, incəsənət, memarlıq, din, fəlsəfə və digər aspektlərdən araşdırılmasıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts