Qarabağın bərpası yolları və müasir şəhərsalma üsullarından istifadə edilməsi – dəyirmi masa

Tokio, 1 may , /AJMEDIA/

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı şəhəri Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu alimlərinin iştirakı ilə “Qarabağın bərpası yolları və müasir şəhərsalma üsullarından istifadə edilməsi” mövzusunda dəyirmi masa keçirilib.

Coğrafiya İnstitutundan AJMEDIA-ya bildirilib ki, baş direktor professor Zakir Eminov tədbirdə geniş təqdimatla çıxış edib.

Görüşdə institutun icraçı direktoru dosent Zaur İmrani, Demoqrafiya və əhali coğrafiyası şöbəsinin aparıcı elmi işçisi Etibar Bədəlov və Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işləri, Şuşa şəhərinin tarixi-coğrafi xüsusiyyətləri, “ağıllı” şəhər konsepsiyası əsasında inkişaf və digər məsələlərdən söhbət açıblar. Şagirdlərə Qarabağın “Yaşıl enerji” zonasına çevrilməsi, regionda bərpaolunan enerji mənbələrindən istifadə, ekoloji təmiz texnologiyalar, nəqliyyat vasitələrinin tətbiqi və digər prioritet məsələlər haqqında məlumat verilib.

Sonda VIII sinif şagirdləri və məktəbin coğrafiya fənnini tədris edən müəllimlər maarifləndirici xarakter daşıyan təqdimatla çıxış ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts