Akademik İsa Həbibbəyli AMEA-nın yeni loqotipinin hazırlanması üçün təqdim edilən layihələrlə tanış olub

Tokio, 1 may , /AJMEDIA/

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının yeni loqotipinin – embleminin hazırlanması üçün elan olunmuş müsabiqəyə təqdim edilən layihələrlə tanış olub.

Bu barədə AJMEDIA-ya AMEA-dan məlumat verilib.

Layihələrə baxış keçirən AMEA prezidenti qeyd edib ki, müsabiqənin keçirilməsində məqsəd AMEA-nın inkişafının hazırkı yeniləşmə mərhələsində müasir elmi çağırışlara, informasiya cəmiyyətinin tələblərinə, həmçinin son dövrlərdə akademiyanın fəaliyyət istiqamətlərində baş verən dəyişikliklərə cavab verən loqotipinin – embleminin yenidən hazırlanmasıdır.

Akademik İsa Həbibbəyli bildirib ki, müsabiqənin şərtlərinə əsasən, AMEA-nın yeni loqotipi – emblemi müasir dünyanın elmi çağırışları və ənənələrini, akademiyanın əsas məqsədləri, vəzifələri, hədəfləri ilə bağlı simvol və təsvirlərin elementlərini əks etdirməlidir. Həmçinin AMEA-nın emblemində akademiya ilə bağlı tarixi binaların, qurğuların və digər əlamətlərin simvolik təsvirlərindən istifadə etməklə bu emblemin Azərbaycan Milli Elmlər Akademiyasına aid olduğu öz əksini tapmalı, AMEA-nın yeni loqotipinin – embleminin layihəsi dairəvi formada yağlı boya və ya rəngli qrafika ilə işlənilməlidir.

AMEA rəhbəri ötən müddət ərzində qeyd olunmuş şərtlərə uyğun olaraq akademiyada çalışan 25 əməkdaş tərəfindən ümumilikdə 67 işin müsabiqəyə təqdim edildiyini, işlərə ictimaiyyətin baxması məqsədilə sərginin təşkil olunduğunu söyləyib.

Akademiyanın prezidenti daha sonra təqdim olunmuş bütün işlərə baxış keçirib, hər biri haqqında fikirlərini bölüşüb, təkliflərini səsləndirib və müəlliflərlə geniş müzakirələr aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts