Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 65 yoluxma faktı qeydə alınıb

Tokio, 14 mart , /AJMEDIA/

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 65 yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDIA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 829 min 11 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 638 nəfər müalicə olunaraq sağalıb, 10 min 147 nəfər vəfat edib. Aktiv xəstə sayı 226 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1558, bu günə qədər isə ümumilikdə 7 milyon 543 min 617 test icra olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts