Sloveniyanın cənubunda İkinci dünya müharibəsinə aid kütləvi məzarlıqda 3200 nəfərin qalıqları müəyyən edilib

Tokio, 29 oktyabr , /AJMEDIA/

Sloveniyanın cənubunda yerləşən Koçevski Roq meşələrində İkinci dünya müharibəsi başa çatandan sonra güllələnmiş insanların dəfn edildiyi kütləvi məzarlıqda 3200 nəfərin qalıqları ekshumasiya edilib.
AJMEDIA xəbər verir ki, Xorvatiya ilə sərhədə yaxın Maçesnva Qoritsa yaxınlığında meşəlik ərazidəki dərədə aşkarlanan məzarlıq İkinci dünya müharibəsindən sonra kütləvi güllələnmələrin baş verdiyi ən böyük ərazi hesab edilir. Hələlik heç bir rəsmi məzarlıq statusu daşımayan dərədə araşdırmalar ötən ilin payızından aparılır və qətlə yetirilənlərin dəqiq sayı bu həftə müəyyən edilib.
Kütləvi məzarlıqda dəfn edilənlər 1945-ci ilin iyun ayında, yəni bu ərazilərdə müharibə başa çatdıqdan sonra Tito partizanları tərəfindən Lyublyanadan bu ərazilərə gətirilərək güllənmiş şəxslərdir. Qeyd edilməlidir ki, İkinci dünya müharibəsinin başa çatdığı dövrdə İosif Broz Titonun partizan dəstələrinin qətlə yetirdiyi insanların dəfn olunduğu 600-dək kütləvi məzarlıq aşkarlanıb. Bir qayda olaraq heç bir hüquqi proses olmadan ölüm hökmü icra edilmiş qurbanların əksəriyyəti alman Vermaxtının əsgərləri və nasist Almaniyası tərəfindən vuruşmuş xorvat, sloven və ya serb hərbi birləşmələrinin üzvlərindən ibarət olublar. Bundan başqa ümumiləşdirilmiş şəkildə xəyanət və almanlarla əlbir olmaqda günahlandırılan mülki şəxslər, xüsusilə keçmiş Yuqoslaviya ərazisində yaşayan almandilli azlığın nümayəndələri də partizanların terroruna məruz qalıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts