Serxio Peres: Qarşımıza mümkün hədəf kimi çox xal qazanmaq qoyulmuşdu

Tokio, 29 aprel , /AJMEDIA/

Çıxışımız uğurlu alındı. Sprint yarışı bizim üçün asan olmadı. Komanda şəklində tətbiq etdiyimiz pressinq sayəsində uğura imza atdıq.
AJMEDIA xəbər verir ki, bu sözləri Formula 1 Azərbaycan Qran-Prisinin sprint yarışının qalibi “Red Bull Racing” komandasının pilotu Serxio Peres deyib.
Meksikalı pilot söyləyib: “Qarşımıza mümkün hədəf kimi çox xal qazanmaq qoyulmuşdu. Bunu bacardığımızı düşünürəm. Unutmamalıyıq ki, əsas yarış sabah olacaq. Bu gün biz bolid və təkərlər haqda məlumat idik. Ancaq sabah bu, belə olmayacaq. Birbaşa yarışa start verəcəyik. Azərbaycan Qran-Prisinə üçüncü mövqeydən başlayacağam. Etiraf edim ki, bu heç də yaxşı mövqe deyil. Ancaq çalışacağam ki, yenidən qələbə qazanım”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts