Seneqalda prezident seçkiləri keçiriləcək

Tokio, 24 mart , /AJMEDIA/

Seneqalda bu gün prezident seçkiləri keçiriləcək.

AJMEDIA-nın məlumatına görə, bu barədə “SABC” radio stansiyası xəbər verib.

Məlumata əsasən, seçkilər bir neçə dəfə təxirə salınan səsvermə tarixi uğrunda gedən gərgin mübarizə nəticəsində siyasi qüvvələrin fəallaşması fonunda keçiriləcək.

Seçki bülletenkərində 19 namizəd qeydə alınıb. Onlardan ikisi bu yaxınlarda seçkidən çıxdığını bəyan etsə də, Konstitusiya Şurası onların qərarını qəbul etməyib. Seneqalın hazırkı prezidenti Maki Sal konstitusiyaya görə iki müddət müddətinə məhdudiyyət qoyulması səbəbindən yenidən seçilmək istəməyəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts