Şahmatçımız Vüqar Rəsulov “Skopje” açıq turnirində məğlubiyyətsiz çıxışını davam etdirir

Tokio, 26 oktyabr , /AJMEDIA/

Şimali Makedoniyada keçirilən “Skopje” açıq turnirində Azərbaycan şahmatçısı Vüqar Rəsulov uğurlu çıxışını davam etdirir.
AJMEDIA xəbər verir ki, təmsilçimiz yeddincı turda Luka Draskovic (Montenegro) ilə heç-heçə edib. Beləliklə, altı xal toplayan V.Rəsulov turnir cədvəlində FIDE bayrağı altında çıxış edən Anton Demçenko və Luka Draskoviç (Monteneqro) ilə ilk üç pilləni bölüşür. V.Rəsulov növbəti turda monteneqrolu Nikola Djukic ilə üz-üzə gələcək.
Qeyd edək ki, İsveçrə sistemi üzrə təşkil edilən turnir 9 turdan ibarətdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts