Şahmatçımız Serbiyada keçirilən beynəlxalq turnirdə liderliyini davam etdirir

Tokio, 27 yanvar, /AJMEDIA/

Serbiyanın Novi Sad şəhərində şahmat üzrə beynəlxalq turnir davam edir.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Fərid Orucov dördüncü turun oyununu heç-heçə ilə başa vurub. Ötən turların nəticəsinə görə, şahmatçımız 3,5 xalla liderliyini davam etdirir. İsveçrə sistemi üzrə keçirilən turnir 8 turdan ibarətdir. Yarışda 12 şahmatçı iştirak edir ki, onlardan da 4-ü qrosmeysterdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts