Səudiyyə Ərəbistanı süni intellektin inkişafına 40 milyard dollar sərmayə qoymağı planlaşdırır

Tokio, 20 mart , /AJMEDIA/

Səudiyyə Ərəbistanı hökuməti süni intellekt texnologiyalarına sərmayə qoymaq üçün təxminən 40 milyard dollarlıq fond yaratmağı planlaşdırır.

AJMEDIA xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı bununla bağlı bir sıra investorlarla əməkdaşlığı müzakirə edir. Krallığın rəsmiləri tərəfdaşlarına bildiriblər ki, onlar ölkədə bir neçə texnoloji startap, o cümlədən öz süni intellekt şirkətlərini yaratmağı nəzərdən keçirirlər.

Onların fikrincə, Səudiyyə Ərəbistanının investisiya layihəsi böyük ehtimalla bu ilin ikinci yarısında həyata keçirilməyə başlayacaq.

Qeyd edilib ki, fond Səudiyyə Ərəbistanını süni intellektə dünyanın ən böyük sərmayədarına çevirə və iqtisadiyyatını şaxələndirməyə sadiqliyini nümayiş etdirə bilər. Ölkə bu məqsədləri aktivləri 900 milyard dollardan çox olan Suveren Fond vasitəsilə həyata keçirir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts