Tokio, 26 yanvar, /AJMEDIA/
Yanvarın 26-da Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin 10-cu turunun oyunları keçiriləcək.
AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda ABŞ təmsilçisi Samuel Şankland ilə mübarizə aparacaq.
Qeyd edək ki, doqquz turdan sonra Ş.Məmmədyarov 5,5 xalla 3-cü pillədə qərarlaşıb.
Turnir cədvəlinə 6,5 xalla hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen başçılıq edir.
Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.