“Səbail” klubunun baş məşqçisinin köməkçiləri müəyyənləşib

Tokio, 2 yanvar , /AJMEDIA/

Bu gün “Səbail” futbol klubunun baş məşqçisi Şahin Diniyevin komanda ilə iclası olub.
Klubdan AJMEDIA-ya bildiriblər ki, baş məşqçi oyunçularla tanış olub və məşqçilər korpusunun yeni üzvlərini təqdim edib.
Belə ki, Azər Məmmədov və Kərim Diniyev baş məşqçinin köməkçiləri, Elmir Xankişiyev fiziki hazırlıq, Fuad Əsədov isə qapıçılar üzrə məşqçilər təyin olunublar.
Qeyd edək ki, “Səbail” sabah qış təlim-məşq toplanışı üçün Antalyaya yola düşəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts