Rusiyada vulkana qalxmağa cəhd göstərən 8 turist həlak olub

Tokio, 5 sentyabr , /AJMEDIA/

Rusiyanın Kamçatka yarımadasında Klyuçevsk vulkanına qalxmağa cəhd göstərən 8 turist həlak olub.
AJMEDIA xəbər verir ki, hazırda turistləri müşayiət edən iki bələdçi 4000 kilometr hündürlükdə xilasediciləri gözləyir. Xilasedicilər dəstəsi helikopterlə əraziyə gətirilib. Lakin hava şəraitinin əlverişsiz olması səbəbindən onların bələdçilərə çatması üçün azı bir sutka vaxt tələb olunur.
Avqustun 30-da 10 turist və 2 bələdçidən ibarət dəstə Klyuçevsk vulkanına doğru hərəkətə başlayıb. Elə həmin gün dörd turistin hündürlükdən yıxılaraq həlak olduğu bildirilib. Daha sonra həlak olan turistlərin sayının 8 nəfərə çatdığı məlum olub.
Qeyd edək ki, Klyuçevsk vulkanı Avrasiyanın ən yüksək fəaliyyətdə olan vulkanıdır. Onun hündürlüyü 4754 metr təşkil edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts