Rusiyada prezident seçkilərində 20,23 faiz fəallıq qeydə alınıb

Tokio, 15 mart , /AJMEDIA/

Rusiyada növbəti prezident seçkilərində, Moskva vaxtı ilə saat 15:30 olan məlumata görə, 20,23 faiz fəallıq qeydə alınıb.

AJMEDIA xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

MSK-dan bildiriblər ki, 2,6 milyon seçici vaxtından əvvəl, yarım milyondan çox vətəndaş isə distant səs verib.

Gün ərzində seçki məntəqələrinin bir neçəsində, o cümlədən Sankt-Peterburqda, Voronej, Rostov vilayətlərində seçki qutularına boya tökülməsi, Moskvada isə seçici kabinəsinin yandırılması faktları qeydə alınıb. Qanun pozucuları saxlanılıb. Onları 5 ilədək həbs cəzası gözləyir. Seçki məntəqələrinin mühafizəsi gücləndirilib.

Xatırladaq ki, Rusiyada prezident seçkilərində dörd namizəd iştirak edir. Səsvermənin ilkin nəticələri martın 18-də elan olunacaq. Yeni seçiləcək prezidentin inaqurasiyası mayın 7-nə təyin olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts