Rumıniyada 5,7 bal gücündə zəlzələ olub

Tokio, 14 fevral , /AJMEDIA/

Rumıniyanın cənub-qərbində 5,7 bal gücündə zəlzələ baş verib.
AJMEDIA Anadolu Agentliyinə istinadla xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin episentrinin Drobeta-Turnu Severin şəhərindən 73 kilometr şimal-şərqdə olduğunu açıqlayıb.
Dərinliyinin 40 kilometr olduğu təsbit edilən 5,7 bal gücündə zəlzələ nəticəsində hələ ki, itki qeydə alınmayıb.
Zəlzələnin Serbiya daxil olmaqla, bəzi ətraf ölkələrdə də hiss olunduğu qeyd edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts