Qazaxıstan biznesi iğtişaşlar səbəbindən 240 milyon dollar itirib

Tokio, 12 yanvar, /AJMEDIA/

Yanvar ayında baş verən iğtişaşlar nəticəsində Qazaxıstan biznesinə təxminən 103,7 milyard tenqe (240 milyon dollardan çox) zərər dəyib.

AJMEDIA Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, Milli Sahibkarlar Palatasının məlumatına görə, təkcə Almatı şəhərinə dəyən zərərin həcmi 102 milyard tenqe təşkil edib.

Ölkənin 11 regionunda 1885 obyektdə yerləşən 1615 biznes subyekti zərər görüb ki, bunlardan 1500-dən çoxu Alma-Atı şəhərindədir. Ticarət (1482 subyekt), maliyyə (61), ictimai iaşə (44), nəqliyyat (23) və KİV (5) ən çox zərər görən sahələrdir.

Qeyd edək ki, 2022-ci ilin ilk günlərində Qazaxıstanın qərbində yerləşən Janaozen və Aktau şəhərlərində maye qazın qiymətinin iki dəfə bahalaşmasına qarşı başlayan etiraz aksiyaları digər regionlara yayılıb və sonradan iğtişaşlara çevrilib. BMT-nin məlumatına görə, Qazaxıstanda iğtişaşlar nəticəsində minə yaxın insan xəsarət alıb, onlarla etirazçı həlak olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts