“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün Çexiyaya gedib

Tokio, 22 avqust , /AJMEDIA/

Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” ilə cavab oyunu üçün Çexiyaya gedib.
AJMEDIA xəbər verir ki, bu gün Bakı vaxtı ilə 21:30-da Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Saat 22:00-da matçın keçiriləcəyi Plzen şəhər stadionunda “Qarabağ”ın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
Qeyd edək ki, avqustun 23-də keçiriləcək “Viktoriya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq. Bakıdakı ilk matç 0:0 hesabı ilə yekunlaşıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts