“Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib

Tokio, 14 oktyabr , /AJMEDIA/

Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib.
AJMEDIA xəbər verir ki, bu Ağdam təmsilçisinin Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda Yunanıstanın “Olimpiakos” komandası ilə qolsuz heç-heçə etməsi sayəsində mümkün olub.
Xallarının sayını 7-yə çatdıran ölkə çempionu G qrupunda üçüncü yeri rəsmiləşdirib.
Beləliklə, Azərbaycan çempionu tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ əldə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts