“Qarabağ” klubu “Səbail”i üç cavabsız qolla məğlub edib

Tokio, 25 dekabr , /AJMEDIA/

Ağdamın “Qarabağ” klubu Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb.
AJMEDIA xəbər verir ki, yarışın XVIII turu çərçivəsində keçirilən oyunda Ağdam təmsilçisi “ASCO Arena”da “Səbail”in qonağı olub. Görüş “Qarabağ”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda Ramil Şeydayev, Musa Qurbanlı və Abdullah Zubir fərqləniblər.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Neftçi” evdə “Şamaxı”nı 3:0, “Sabah” səfərdə “Sumqayıt”ı 6:0 hesabı ilə məğlub edib, “Qəbələ” isə öz meydanında “Turan Tovuz”la qolsuz sülhə razılaşıb. Tura dekabrın 25-də keçiriləcək “Zirə” – “Kəpəz” görüşü ilə yekun vurulacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts