“Qəbələ”nin UEFA Konfrans Liqasındakı oyunlarının təqvimi açıqlanıb

Tokio, 21 iyun , /AJMEDIA/

“Qəbələ” futbol klubunun UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Macarıstanın “Fehervar” klubuna qarşı oyunlarının təqvimi açıqlanıb.
AJMEDIA xəbər verir ki, “Qəbələ” ilk matçı iyulun 21-də səfərdə keçirəcək. “MOL Arena”dakı görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Komandalar arasında cavab matçı isə iyulun 28-də Qəbələ şəhər stadionunda olacaq. Həmin görüşün başlama saatı hələlik bəlli deyil.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts