“Qəbələ” – “Neftçi” oyunu qolsuz heç-heçə ilə yekunlaşıb

Tokio, 10 fevral , /AJMEDIA/

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib.
AJMEDIA xəbər verir ki, turun ilk oyununda “Qəbələ” klubu “Neftçi”ni qəbul edib.
Qəbələ şəhər stadionunda oynanılan matç qolsuz heç-heçə ilə yekunlaşıb.
“Neftçi” klubu 45 xalla turnir cədvəlində üçüncü, “Qəbələ” isə 28 xalla beşinci pillədə yer alıb.
Qeyd edək ki, turun “Turan Tovuz” – “Kəpəz” və “Qarabağ” – “Sabah” oyunları fevralın 11-də, “Səbail” – “Zirə” və “Sumqayıt” – “Şamaxı” matçları isə fevralın 12-də keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts