“Qəbələ” klubu heyətinə daha bir futbolçu cəlb edib

Tokio, 17 iyun , /AJMEDIA/

2022-2023-cü il mövsümünün hazırlığını davam etdirən “Qəbələ” klubu heyətinə daha bir futbolçu cəlb edib.
AJMEDIA klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ” yay fasiləsində üçüncü transferini gerçəkləşdirib.
Klub heyətini braziliyalı hücumçu Felipe Santosla gücləndirib. İyirmi beş yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Ötən mövsümü “Şamaxı”da keçirən Santos Azərbaycan Premyer Liqasında 21 oyunda 6 qol vurub. O, bunadək Braziliyada “Paulista”, Sloveniyada “Ankaran Hrvatini” və “Maribor”da çıxış edib.
Xatırladaq ki, “Qəbələ” bunadək İlkin Qırtımov və Səlahət Ağayevi heyətinə qatıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts