Premyer Liqa: “Qarabağ”-“Kəpəz” oyunu heç-heçə yekunlaşıb

Tokio, 4 fevral , /AJMEDIA/

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib.
AJMEDIA xəbər verir ki, günün yeganə oyununda “Kəpəz” komandası “Qarabağ”ı qəbul edib.
Gəncə şəhər stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Hesabı 24-cü dəqiqədə Ağdam təmsilçisinin hücumçusu Musa Qurbanlı açıb. Görüşün 49-cu dəqiqəsində meydan sahiblərindən Ahmed Ayzaya bərabərlik qolunun müəllifi olub.
Bu qarşılaşmadan sonra xallarının sayını 57-yə çatdıran Ağdam komandası liderliyini möhkəmləndirib. 14 xala malik Gəncə klubu doqquzuncu pilləyə yüksəlib.
Qeyd edək ki, turun “Neftçi” – “Sumqayıt” və “Zirə” – “Qəbələ” matçları fevralın 5-də, “Şamaxı” – “Turan Tovuz” və “Sabah” – “Səbail” oyunları isə fevralın 6-da təşkil olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts