Polşa Ukraynaya 8-9 milyard dollar hərbi və humanitar yardım göstərib

Tokio, 28 dekabr , /AJMEDIA/

Polşa və polşalılar Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bəri Ukrayna və ukraynalılara 35-40 milyard zlotı (8-9 milyard dollar) məbləğində yardım göstərib.
AJMEDIA istinadla xəbər verir ki, bu barədə Polşa İnkişaf Fondunun sədr müavini Bartoş Marçuk tviter səhifəsində bildirib. Onun sözlərinə görə, təxminən 10 milyard zlotı (2,3 milyard dollara yaxın) silah təminatı, digər 10 milyard zlotı (təxminən 2,3 milyard dollar) adi polyakların köməyidir.
Bundan əlavə, Polşa büdcəsindən ukraynalılara kömək üçün 6 milyard zlotı (təxminən 1,4 milyard dollar) ayrılıb, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatlarının yardımı isə təxminən 10 milyard zlotı (2,3 milyard dollar) təşkil edib.
Agentlik bildirir ki, Polşa müharibə zamanı Kiyevə ən çox kömək göstərən ölkələr sırasında olmaqla, həmçinin Ukraynaya yardım çatdıran əsas logistika mərkəzidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts