Peşəkar Futbol Liqasına yeni prezident seçilib

Tokio, 29 iyul , /AJMEDIA/

İyulun 29-da AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının (PFL) konfransı keçirilib.
AJMEDIA xəbər verir ki, konfransda PFL-in prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Sərxan Hacıyev və elitanın 9 klubunun nümayəndələri iştirak ediblər.
Avrokubok oyunlarına görə səfərdə olduğundan “Zirə” klubunun nümayəndəsi iclasda olmayıb. Konfransda PFL prezidenti Ramin Musayevin səhhəti ilə əlaqədar vəzifəsindən ayrılması məsələsinə baxılıb və qəbul edilib.
Daha sonra PFL prezidenti vəzifəsinə yeni seçkilər keçirilib. Elxan Səmədov yekdilliklə növbəti müddətə Liqaya prezident seçilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts