Pandemiya fasiləsindən sonra Macarıstanda yenidən “Qurman festivalı” keçiriləcək

Tokio, 14 may , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, bu günlərdə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində kulinariya festivalı keçirilib.
İndi isə estafeti Macarıstan paytaxtı qəbul edir. Mayın 27-dən 29-dək Dunay çayının qərb sahilində (Budada) yerləşən “Millenaris” parkında sayca onuncu “Qurman festivalı” keçiriləcək. Festivalın sponsoru əvvəllər olduğu kimi, “OTP Bank”dır. Burada ölkənin ən tanınmış kulinar ustadları, eləcə də populyar restoranlar, şərab və qənnadı istehsalçıları təmsil ediləcək.
Qeyd etmək yerinə düşər ki, onuncu festival 2020-ci ilin yazında təşkil olunmalı idi, lakin COVID-19 pandemiyası səbəbindən təxirə salınmışdı.
İndiki festivalda iştirak etmək üçün ən əsas şərt məhz şəxsi reseptlərdən orijinal adlarla olan yeni təamları ziyarətçilərin ixtiyarına buraxmaqdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts