Pakistan daşqından zərər çəkən insanlara yardım üçün tələb olunan vəsaitin yalnız 10 faizini alıb

Tokio, 19 oktyabr , /AJMEDIA/

Pakistan dağıdıcı daşqınlardan zərər çəkən insanlara təcili yardım üçün tələb olunan 816 milyon dollardan yalnız 88 milyon dollar ala bilib.
AJMEDIA xəbər verir ki, “News International” qəzeti bu barədə Pakistan hökumətində olan mənbələrinə istinadla məlumat yayıb.
“İndiyə qədər beynəlxalq ictimaiyyətin reaksiyası qənaətbəxş olmayıb. BMT-nin Baş katibi Antonio Quterrişin Pakistana 816 milyon dollar həcmində humanitar yardım göstərilməsi ilə bağlı müraciətinə baxmayaraq, biz beynəlxalq ictimaiyyətdən müxtəlif məhsullar şəklində yalnız 88 milyon dollar ala bilmişik. Logistika xərcləri çıxılmaqla həmin məhsulların real dəyəri bundan da aşağıdır”, – deyə mənbələr bildirib.
Eyni zamanda, Pakistan Dünya Bankı və Asiya İnkişaf Bankından 1,1 milyard dollar kredit üçün öhdəliklər götürüb ki, bunun da yalnız 350 milyon dolları təbii fəlakətlərin aradan qaldırılması üçün nəzərdə tutulub.
Pakistanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsinin məlumatına görə, ölkənin müxtəlif bölgələrində şiddətli daşqınlar 1719 nəfərin həyatına son qoyub, 12 min 867 nəfərə xəsarət alıb, 33 milyon nəfər isə zərər çəkib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts