Özbəkistana 500 min dozadan çox “Pfizer/BioNTech” peyvəndi gətirilib

Tokio, 19 Oktyabr, /AJMEDIA/

Bu gün Özbəkistana “Pfizer” şirkətinin istehsalı olan 500 min doza “Pfizer/BioNTech” peyvəndi gətirilib.

AJMEDIA Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bundan əvvəl ölkəyə 1,2 milyon doza “Pfizer/BioNTech” peyvəndi göndərilmişdi. Bununla da Özbəkistana gətirilən bu peyvəndin sayı 1 milyon 726 min 500 dozaya çatıb.

Ümumiyyətlə ölkəyə indiyədək 29 milyon 214 min 488 doza vaksin gətirilib.

Məlumatda qeyd edilir ki, hazırda Özbəkistanda “ZF-UZ-VAC2001”, “AstraZeneca”, “Sputnik V”, “Moderna”, “Sinovac” və “Pfizer/BioNTech” peyvəndlərindən istifadə olunur.

İlin sonunadək bu ölkədə 7 milyon insanın peyvənd olunması nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts