Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti seçilib

Tokio, 31 avqust , /AJMEDIA/

Avqustun 31-də Azərbaycan Tennis Federasiyasının ümumi yığıncağı keçirilib.
AJMEDIA xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə iştirakçıları salamlayan nazir Fərid Qayıbov yığıncağın işinə uğurlar arzulayıb.
Federasiya prezidenti Oqtay Əsədov yığıncaqda çıxış edərək təşkilatın fəaliyyəti və qarşıdakı planlar barədə məlumat verib.
Sonra Azərbaycan Tennis Federasiyasının hesabatı dinlənilib, yeni seçki keçirilib. Oqtay Əsədov yenidən növbəti müddətə federasiyanın prezidenti seçilib.
Yığıncaqda, həmçinin Gülməmməd Cavadov federasiyanın vitse-prezidenti, Mehman Qocayev, Fərid Şirinov, Salam Əsgərəlizadə və Yalçın Manaflı İdarə Heyətinə üzv seçiliblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts