Nepalda təyyarənin qəzaya uğradığı yerdə 14 cəsəd aşkarlanıb

Tokio, 30 may , /AJMEDIA/

Nepalın Tara Air hava yollarına məxsus təyyarənin qəzaya uğradığı yerdə aparılan axtarış-xilasetmə əməliyyatlarının gedişində 14 cəsəd aşkarlanıb.
AJMEDIA xəbər verir ki, bu barədə The Kathmandu Post qəzeti aviadaşıyıcının nümayəndəsi Sudarşan Baratulaya istinadla məlumat yayıb. Onun sözlərinə görə, dağa çırpılan təyyarənin qırıntıları 100 metr radiusa səpələnib. “Həlak olanların cəsədlərinin axtarışı davam edir”, – deyə Baratula bildirib.
Təyyarənin qalıqları bazar ertəsi günü Nepalın şimal-qərbindəki Mustanq rayonunda tapılıb.
Kanada istehsalı olan Twin Otter hava gəmisi bazar günü havaya qalxdıqdan bir neçə dəqiqə sonra onunla əlaqə kəsilmişdi. Təyyarənin göyərtəsində 22 nəfər, o cümlədən 13 nepallı, dörd hindistanlı və iki Almaniya vətəndaşı olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts