“Neftçi”nin baş məşqçisi: “Sumqayıt” bu gün çox yaxşı mübarizə apardı

Tokio, 4 fevral , /AJMEDIA/

“Sumqayıt” klubunu yenindən qurulan stadionundakı ilk oyunu münasibətilə təbrik edirəm.

AJMEDIA xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının XXI turunda “Sumqayıt”a 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil edilən mətbuat konfransında deyib.

O, “Sumqayıt”ın layiqli qələbə qazandığını bildirib: “Birinci hissədə qapımızdan iki top buraxdıq və bunu aradan qaldırmaq çətin idi. Rəqib çox yaxşı mübarizə apardı. İkinci hissədə isə biz meydanda dominatlıq etməyə başladıq. Ancaq erkən qol buraxmağımız planları pozdu. “Sumqayıt”ı qələbəyə görə təbrik edirəm”.

Montenqerolu çalışdırıcı Azərbaycan Premyer Liqasına və ölkə kubokuna eyni səviyyədə hazırlaşdıqlarını söyləyib: “Biz “Sumqayıt” komandası ilə ölkə kubokunda yenidən qarşılaşacağıq. Amma hər iki cəbhədə nəticə əldə etmək istəyirik. Sadəcə, rəqib bu gün çox yaxşı mübarizə apardı”.

Transfer məsələsinə də toxunan mütəxəssis əlavə edib: “Bununla menecerlər maraqlanır. Bu barədə nə isə deyə bilmərəm”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts